Gəncədə iki avtomobil toqquşdu - Yaralılar var

21:13 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdlü Q.Mehdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./apa/